Regional Təhsil İdarəsində yeni təyinat

Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun əmrinə əsasən, Aydın Rəhimov AXRTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Aydın Rəhimov daha əvvəl Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsində çalışıb.