Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk dəfə İran hədəflərinə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kan” portalı məlumat yayıb.
“Hücumun hədəfi İranın dəniz suyunun duzsuzlaşdırılması zavodu olub”, – deyə bildirilib.
İsrailin “Ynet” nəşri isə qeyd edib ki, hazırkı zərbə əsasən İran hakimiyyətinə göndərilən siqnal xarakteri daşıyır:
“Körfəz dövlətinin mümkün zərbələri sadəcə Tehrana enerji infrastrukturuna hücumları dayandırmağı tələb edən məhdud bir xəbərdarlıq idi”.
Bununla belə, bildirilir ki, əgər İranın hücumları daha da güclənərsə, BƏƏ-nin hərbi kampaniyaya, hətta məhdud miqyasda olsa da, qoşulması ehtimalı realdır.
Hazırda rəsmi Tehran və Əbu-Dabi tərəfindən hadisə ilə bağlı açıqlama verilməyib.
Əliyar Xəlil
Globalinfo.az