Tramp2 900x506 1

ABŞ Prezidenti Donald Tramp Yaponiya hökumətinə Tayvanla bağlı tonunu yumşaltmağı tövsiyə edib.

Globalinfo.az xəbər verir ki, proses Çin Prezidenti Si Cinpin ilə telefon danışığından sonra baş verib.

Qeyd edilib ki, bir neçə gün əvvəl Yaponiya Baş naziri Sanae Takaiçi Pekini qıcıqlandırıb və Çinin Tayvana hərbi müdaxiləsi halında Tokionun cavab verə biləcəyini deyib. Ardınca Cinpin ilə Tramp arasında yarım saatlıq telefon söhbəti baş tutub.

Daha sonra Tramp Yaponiya Baş naziri ilə telefon danışığı keçirərək, Pekini provokasiya etməməsi tövsiyəsini verib.

Yaponiya hökumət rəsmiləri bu zəngi “narahatlıq siqnalı” kimi qiymətləndiriblər.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: