Daha bir azərbaycanlı – Əliyev Teymur Asif oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynada yaşayan jurnalist Anar Natiqoğlu bildirib.
Məlumata görə, Əliyev Teymur Asif oğlu 11 may 1988-ci ildə dünyaya gəlib.
Üçüncü xüsusi hücum briqadasının tərkibində müxtəlif cəbhələrdə vuruşan soydaşımız şərq istiqamətində gedən döyüşlərdə həlak olub.
Lvov şəhərində böyüyən və peşə məktəbini bitirən Teymur savaşa qədər usta kimi çalışıb.
Onun iki oğul övladı yadigar qalıb.
T.Əliyev bu gün saat 14:00-da Lvov şəhərində Teymur dəfn olunacaq.
Zaira Akifqızı
Globalinfo.az