Füzulidə ailələrə mənzillərin açarları verildi – YENİLƏNİB

Yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Globalinfo.az-a verilən xəbərə görə, mərasimdə Komitənin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 127 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 410 ailə, 1519 nəfərin daimi məskunlaşması təmin edilib.

***13:04

Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Yeni ilin ilk köç prosesi həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr işğaldan azad olunan Füzuli şəhərinə çatıblar.

Globalinfo.az xəbər verir ki, bu gün 30 ailə olmaqla, 127 nəfər doğma yurduna qovuşub.

Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar.

Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşərək, doğma yurdlarına qayıdışın sevinc hisslərini paylaşıblar.

***08:45

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 18-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə – 127 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 410 ailə, 1519 nəfərin daimi məskunlaşması təmin edilib.

Daha 30 ailə Füzuli şəhərinə yola salınıb - FOTO Daha 30 ailə Füzuli şəhərinə yola salınıb - FOTO Daha 30 ailə Füzuli şəhərinə yola salınıb - FOTO Daha 30 ailə Füzuli şəhərinə yola salınıb - FOTO Daha 30 ailə Füzuli şəhərinə yola salınıb - FOTO Daha 30 ailə Füzuli şəhərinə yola salınıb - FOTO