Daha 2 “Aksunqur” Türkiyə ordusunda

“Daha 2 ədəd “Aksunqur” PUA-sı Türkiyə Silahlı Qüvvələrinin arsenalına daxil edilib. Xeyirli olsun!”

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi İdarəsinin sədri İsmayıl Dəmir deyib.

Qeyd edək ki, TUSAŞ tərəfindən bu günə qədər istehsal edilən “Aksunqur” PUA-sının sayı 10-a çatıb.