“Biz COP29-da tarixi uğura imza atdıq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri BMT-nin turizm sektorunun icraçı direktoru Zoritsa Uriseviç Bakıda keçirilən COP29 tədbirində çıxışı zamanı deyib.
O, ilk dəfə olaraq turizm sahəsinin iqlim dəyişikliyinə daxil edildiyini bildirib:
“Bakı Bəyannaməsinin imzalanmasını 50-dən atrıq hökumət dəstəkləyib. Mövcud dəstəyi COP30-a qədər artırmağa davam edəcəyik”.
Zaira Akifqızı
Globalinfo.az