Makronla bağlı Avropanı qarışdıracaq ŞOK İDDİA

Fransa və Almaniya Ukraynaya sürətli məğlubiyyət arzulayırdılar.

Globalinfo.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

“Fərqli ölkələrin çox fərqli baxışları var idi. Mən onu demək istəyirəm ki, fransızlar son ana qədər hər şeyi inkar edirdilər. Almanlar da bütün böyük iqtisadi səbəblərlə bunu istəmirdilər. Mən indi sizə dəhşətli bir şey deyəcəyəm. Hansısa anda almanlar hesab edirdilər ki, əgər bu baş verməli idisə, yaxşı olardı tez bitsin və Ukrayna uğursuzluğa düçar olsun. Bunu dəstəkləyə bilməzdim. Onların niyə belə fikirləşdiyini başa düşürəm. Xatırlayıram, italiyalılar Rusiya yanacağından necə asılı idilər. Bir sözlə, onlar bizim mövqeyimizi dəstəkləyə bilməzdilər”, – o bildirib.

Qeyd edək ki, Ukrayna savaşının başlamasından sonra Kiyevi Rusiya ilə danışıqlara məcbur edən məhz Paris və Berlin olub. Üstəlik, savaş dövrü ərzində hər iki ölkə Ukraynaya silah tədarükündə elə də könüllü olmayıblar. Bu isə Şərqi Avropanın Kiyevə yardımı ilə müqayisədə açıq şəkildə özünü göstərir.

İlkin
Globalinfo.az