sabah yeni

Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün ilk matçına çıxacaq.

Globalinfo.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv səfərdə İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) üz-üzə gələcək.

Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək qarşılaşmanı italiyalı FİFA referisi Davide Massa idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş: