Çindən İngiltərə və “Mi6” AÇIQLAMASI: “Üçüncü ölkə vətəndaşı” məsələsi…

Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi Britaniya kəşfiyyatına casusluq edən “üçüncü ölkə vətəndaşı”nı həbs edib.

Globalinfo.az xəbər verir ki, nazirliyin “WeChat” hesabında yer alan məlumata görə, soyadının Huanq olduğu iddia edilən üçüncü ölkə vətəndaşı İngiltərənin “MI6” təşkilatına işləyib.

Çində beynəlxalq konsaltinq şirkətinin meneceri olduğu bildirilən Huanqın 2015-ci ildə “Mİ6” ilə əlaqə yaratdığı və “kəşfiyyat əməkdaşlığı”na girdiyi məlum olub. Huanqın kəşfiyyat məlumatı toplamaq üçün dəfələrlə Çinə səfər etdiyi və bu zaman dövlət sirri sayılan və kəşfiyyat çəkisi olan sənədləri ələ keçirərək “MI6″ya təhvil verdiyi iddia olunub.

Qeyd edək ki, nazirliyin paylaşımında casusluqda təqsirləndirilən şəxsin kimliyi ilə bağlı ətraflı məlumat verilməyib, onun hansı konsaltinq şirkətində işlədiyi açıqlanmayıb.

Xatırladaq ki, Çində 2023-cü ilin iyul ayında qüvvəyə minən “Casusluqla Mübarizə Qanunu”na edilən dəyişiklikdən sonra ölkədə fəaliyyət göstərən beynəlxalq konsaltinq şirkətlərinin ofislərində reydlər keçirilib və onların məlumat toplama prosedurları ilə bağlı araşdırmalar aparılıb.

Əliyar Xəlil,
Globalinfo.az