Çin və Rusiya ABŞ-ın Qəzza ilə bağlı qətnaməsinə veto qoyub

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək ABŞ-nin irəli sürdüyü “dərhal və davamlı atəşkəsə təcili ehtiyacı müəyyən edən”, lakin bunu tələb və ya çağırış etməyən Yaxın Şərq üzrə qətnamə layihəsini bloklayıb.

Globalinfo.az-ın “Report”a istinadən istinadən verdiyi xəbərə görə, Rusiya və Çindən başqa, Əlcəzair sənədə qarşı çıxıb, Qayana bitərəf qalıb.

Böyük Britaniya, Malta, Mozambik, Koreya Respublikası, Sloveniya, ABŞ, Syerra-Leone, Fransa, İsveçrə, Ekvador və Yaponiya qətnamə layihəsinin lehinə olublar.