Çin Müdafiə Nazirliyi Yaponiyanın gəmi əleyhinə uzaqmənzilli raketlər yerləşdirmək planlarından narahatlığını ifadə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Jiang Bin açıqlama yayıb.
O qeyd edib ki, belə hərəkətlər Çinin təhlükəsizliyinə təhdid kimi qəbul ediləcək.
Binin sözlərinə görə, təxminən 1000 kilometrə çatan uzaqmənzilli raketlərin yerləşdirilməsi Tokionun artan hərbi fəaliyyətindən xəbər verir.
Nazirlik rəsmisi əlavə edib ki, Yaponiyanın hər hansı güc nümayişi onun rəhbərliyi üçün ciddi nəticələrə səbəb olacaq.
Çin hesab edir ki, bu addımlar Yaponiyanın militarist siyasətinə qayıdışı göstərir.
Tahir Turan
Globalinfo.az