Çinin Müdafiə Nazirliyi ABŞ-ı Tayvan kartı ilə oynamaq və bölgəni silahlandırmaqda günahlandırıb.
Globalinfo.az xəbər verir ki, rəsmi Pekin Vaşinqtonu təhdid edib.
Çin Milli Müdafiə Nazirliyinin sözçüsü Zhang Xiaogang ABŞ-ın Tayvanla hərbi əməkdaşlığı gücləndirməsi üçün 1 milyard dollar ayrılmasını nəzərdə tutan aktı tənqid edib.
O, bunu Çinin daxili işlərinə müdaxilə adlandırıb.
“Konqresə təqdim edilən aktın müddəaları Çinin suverenliyinə təhdid yaradır. Həmçinin ölkənin təhlükəsizliyi və maraqlarına zərər gətirir, dünyada sülhü və sabitliyi pozur. Tayvan məsələsi Çin üçün keçilməsi mümkün olmayan “qırmızı xətt”dir. Bu, ABŞ-a baha başa gələ bilər”.
Əliyar Xəlil
Globalinfo.az