cunta.png

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli məhkəməyə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə prezidentin vəkili Hüseyn Aydın məlumat yayıb.

O bildirib ki, Özəl haqqında “prezidenti təhqir etmək” maddəsi ilə cinayət işi açılıb:

“CHP sədri Özgür Özəl tərəfindən növbədənkənar qurultayda prezidentimizi hədəfə alan əsassız ittihamlar və təhqiramiz ifadələrə görə, 500 min lirəlik mənəvi təzminat iddiası qaldırılıb. Həmçinin Ankara Baş Prokurorluğuna cinayət işi açılıb”.

Qeyd edək ki, CHP-də yenidən sədr seçilən Özgür Özəl Ərdoğanla bağlı danışarkən, onu “xunta üzvü” adlandırıb. Bu, türkiyəli nazirlərin də sərt reaksiyasına səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: