Türkiyədə CHP-dən istefa verən Haymana bələdiyyə sədri Levent Koç hakim Ədalət və İnkişaf Partiyasına (AKP) üzv olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiya nişanını şəxsən Koça özü taxıb.
Daha sonra Levent Koç Ərdoğanın əlini öpüb.