Ceyhun Bayramov macarıstanlı həmkarı ilə görüşdü – YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyarto ilə görüşüb.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Nazir Ceyhun Bayramov və nazir Piter Siyarto arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib.

Görüş zamanı, Azərbaycan-Macarıstan arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələləri, habelə regional məsələlər barədə fikir mübadiləsi aparılıb. Əlaqələrimizin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub.

Macarıstan ilə iqtisadiyyat, ticarət, əczaçılıq, mədəniyyət, təhsil, idman və sair istiqamətlərdə müvafiq əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub. Xüsusilə enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizdə əsas rol oynadığı vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.

Görüşdə nazir Ceyhun Bayramov tərəfindən post-münaqişə dövründə mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan tərəfindən Ermənistan ilə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, eləcə də sərhədlərin delimitasiyası istiqamətində göstərilən səylər barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Ermənistanın davamlı qeyri-konstruktiv yanaşma sərgilədiyi, hərbi-siyasi təxribatlar törətdiyi, öhdəliklərindən boyun qaçırdığı, Laçın sərhəd nəzarət buraxılış məntəqəsi təsis edilənədək Laçın yolundan hərbi və mina təhdidinin davam etdirilməsi üçün sui-istifadə olunduğu bildirilib. Ermənistanın hələ də işğalçı qüvvələrini tam olaraq ölkəmizin ərazilərindən çıxarmadığı vurğulanıb.

Azərbaycan tərəfinin təşəbbüskarı olduğu sülh gündəliyi, bu çərçivədə ölkəmizin konstruktiv yanaşması və müvafiq səyləri müqabilində Ermənistanın ziddiyyətli və təxribatçı mövqeyi haqqında müqabil tərəfə məlumat verilib.

Xüsusilə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın hər vəchlə maneçilik törətməsi, Laçın-Xankəndi yolu ətrafında yalan iddialar yayması qeyd olunub. Laçın yolundan gündəlik əsasda erməni sakinlərin keçdiyi, əraziyə böyük həcmli yüklərin daşınması üçün isə Ağdam-Xankəndi yolundan istifadənin Azərbaycan tərəfindən təklif olunduğu xatırlanıb.

Görüş zamanı, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb və bu prosesdə Macarıstanın göstərdiyi marağa görə qarşı tərəfə minnətdarlıq ifadə olunub.

Daha sonra iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun 1-ci iclasının protokolunu imzalayıblar.

Mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

***16:50

Azərbaycan və Macarıstan Xarici İşlər Nazirlikləri arasında Strateji Dialoqun birinci iclası keçirilib.

Globalinfo.az xəbər verir ki, Strateji Dialoq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri çərçivəsində baş tutub.

Nazirlər ilk Stateji Dialoqun keçirilməsi ilə bağlı protokol imzalayıblar.

Azərbaycan və Macarıstan arasında Strateji Dialoqun ilk iclası keçirilib

X X X

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan və Macarıstanın XİN rəhbərlərinin birgə mətbuat konfransı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in rəsmi “X” hesabında paylaşım edilib.

Konfransda nazirlər görüşün yekunları və Azərbaycanla Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərinə dair bəyanatlarla çıxış ediblər.

X X X

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə arasında geniş tərkibli görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Macarıstan arasında ikitərəfli strateji tərəfdaşlıq, regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Ölkələrimiz arasında strateji dialoqun ilk iclası keçirilib.

Azərbaycan və Macarıstan XİN başçıları arasında geniş tərkibli görüş keçirilib - YENİLƏNİB Azərbaycan və Macarıstan XİN başçıları arasında geniş tərkibli görüş keçirilib - YENİLƏNİB Azərbaycan və Macarıstan XİN başçıları arasında geniş tərkibli görüş keçirilib - YENİLƏNİB

***16:36

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” hesabında paylaşım edilib.

Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi də nəzərdə tutulur.

***09:43

Sentyabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

Azərbaycan Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Nazir Ceyhun Bayramov səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.