1771089819 d3b462b38f3eab22131c4176730669b6 16

Cenevrə şəhərində keçirilən danışıqlar zamanı Ukrayna nümayəndə heyəti daxilində sülh sazişinin imzalanma müddəti ilə bağlı fikir ayrılıqları yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Economist” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, nümayəndə heyətinin bir hissəsi hesab edir ki, ABŞ-ın vasitəçiliyi ilə mümkün qədər tez əldə ediləcək razılaşma Ukraynanın maraqlarına daha uyğun olar.

Bu mövqeni qeyri-rəsmi olaraq Prezident Ofisinin rəhbəri Kirill Budanov dəstəkləyir. Onun tərəfdarları düşünür ki, münaqişənin sürətli həlli üçün yaranan imkan pəncərəsi yaxın vaxtlarda bağlana bilər.

Digər qanad isə daha ehtiyatlı mövqe tutur. Bildirilir ki, bu qrupun baxışlarına Prezident Ofisinin sabiq rəhbəri Andrey Yermak təsir göstərir və onlar ABŞ-ın iştirakı ilə tələsik sülh razılaşmasının riskli ola biləcəyini düşünürlər.

Məlumata əsasən, Ukrayna Prezidenti Volodimir Zelenski iki fərqli mövqe arasında balans saxlamağa çalışır və məsələ ilə bağlı yekun qərarını hələ formalaşdırmayıb.

Qeyd olunur ki, danışıqların gələcək mərhələsi həm Ukrayna daxilində siyasi konsensusun əldə olunmasından, həm də beynəlxalq vasitəçilərin mövqeyindən asılı olacaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: