Rusiya-Ukrayna münaqişəsinin həlli və İrandakı vəziyyətlə bağlı danışıqlar fevralın 17-də Cenevrədə eyni vaxtda keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” diplomatik mənbəyə istinadən məlumat yayıb.
“İranla danışıqlar Oman vasitəçilərinin iştirakı ilə keçiriləcək”, – deyə bildirilib.
Qeyd edək ki, Ukraynada sülh danışıqlarının üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə baş tutacaq.
Danışıqlarda üç ölkədən – ABŞ , Rusiya və Ukraynadan nümayəndə heyətləri iştirak edəcək.
İran və ABŞ arasındakı görüşdə isə nüvə proqramı və problemin həlli üçün mümkün addımlar müzakirə ediləcək.
Əliyar Xəlil
Globalinfo.az