Cəlilabada yeni yol polisi rəisi təyin olundu

Cəlilabad rayonunda yeni yol polisi rəisi təyinatı olub.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Şəhmir Uluxanov Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu vəzifəyədək mayor Ş. Uluxanov Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin may ayından etibarən polis mayoru Şəhmir Uluxanov sərəncama götürülmüşdü.