Cəlilabad İcra Hakimiyyətindən özünü yandıran qazi ilə bağlı açıqlama – FOTO 


62e3095795bbe9af5e748afffa88e7f0Cəlilabad rayon sakini, 44 günlük Vətən müharibəsi iştirakçısı Elnur Əliyev rayon İcra Hakimiyyətinin (RİH) binasında özünü yandırıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı AzTimes.az saytı məlumat yayıb.

Məsələ ilə bağlı Globalinfo.az Cəlilabad RİH ilə əlaqə saxlayıb.

IMG 20240709 WA0053

Qurum qazinin özünü yandırması xəbərini təsdiq edib:

“Əslində, qazi kənarda özünü yandırıb. Sadəcə, hadisədən sonra icra hakimiyyətinə qaçaraq gəlib ki, kömək istəsin. Yəni özünü söndürmək məqsədilə daxil olub. Burada bizim qurumun heç bir günahı yoxdur. Elnur Əliyevin məhkəmə işi var idi. Belə ki, o, Masallı rayonundan evlənmək məqsədilə qız qaçırmışdı. Bundan sonra qızın ailəsi onu geri alıb, qazi haqqında da hüquq mühafizə orqanlarına şikayət ediblər. Elnur həbs cəzası almaq istəmirdi. Elnur Əliyev daimi diqqət mərkəzində olub. Bunu qazimizin ailəsi də təsdiq edə bilər. Qeyd edim ki, qazi hazırda Bakıda 5 saylı Şəhər Klinik Xəstəxanasındadır”.

Zaira Akifqızı

Globalinfo.az