“Respublikaçılar Konqresə keçiriləcək aralıq seçkilərində məğlub olsalar, amerikalılar cəhənnəmdən keçməli olacaqlar”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əgər biz məğlub olsaq, sərhədinizi, vergi güzəştlərinizi, təhlükəsizliyinizi, rifahınızı itirəcəksiniz… İki il əvvəl olduğu kimi, cəhənnəmdən keçəcəksiniz.
Biz cəhənnəmdən keçdik. Bütün dünya bizə gülürdü”, – deyə ABŞ Prezidenti respublikaçıların qurultayında bildirib.
Qeyd edək ki, ABŞ Konqresinə aralıq seçkilər noyabr ayında keçiriləcək.
Əliyar Xəlil
Globalinfo.az