“Rusiya NATO ölkələrində dağıdıcı fəaliyyətini aktivləşdirib”.
Globalinfo.az xəbər verir ki, bunu alyansın Baş katibi Mark Rütte deyib.
NATO rəsmisi Ukrayna müharibəsinin öz sərhədlərindən kənara çıxdığını bildirib:
“Müttəfiqlərimizin ərazilərinə hibrid hücum kampaniyalarının, demokratik sistemlərimizə birbaşa müdaxilə və sənayeyə sabotajın güclənməsi, cəbhə xəttinin qarışdığını göstərir. Müharibə artıq Baltik regionu, Qərbi Avropa və uzaq şimaldadır”.
Əliyar Xəlil
Globalinfo.az