Çavuşoğlu: “Zəfərlərin daim olsun, Can Azərbaycan!”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbərinin “Twitter“ hesabında paylaşdığı təbrikdə deyilir:

“İşğal altındakı torpaqlarını qəhrəman bir mübarizə nəticəsində azad edən və beləliklə bölgədə barış və sabitliyin təmin edilməsinə vəsilə olan Azərbaycanın Zəfər Günü qutlu olsun. Zəfərlərin daim olsun, Can Azərbaycan!”.