caba

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə bu gün Azərbaycan gəlir.

Globalinfo.az xəbər verir ki, Çaba Koroşi bu barədə tviter hesabında məlumat verib.

“BMT-nin İnsan Haqları Mərkəzinə son dərəcə məhsuldar səfərimdən sonra İsveçrədən ayrılıb Azərbaycana gedirəm. Qonaqpərvərliyə görə İsveçrə xalqına minnətdarlığımı bildirirəm”, – BMT rəsmisi bildirib.

BMT Baş Assambleyasının prezidenti bu gün Azərbaycan gəlir

Paylaş: