BVF: “Gələn il Azərbaycanda inflyasiya birrəqəmli olacaq”

“2023-cü ildə Azərbaycanda inflyasiya birrəqəmli olacaq”.

Globalinfo.az xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) “Dünya İqtisadi Baxış” hesabatının oktyabr sayında bildirilib.

Məlumata görə, 2022-ci ilin sonuna kimi Azərbaycanda inflyasiya 12,5% proqnozlaşdırılıb. 2023-cü ildə isə istehlak qiymətləri indeksi 9%-ə qədər azalacaq.