Hər an hər şeyə hazır olmalıyıq – İlham Əliyev

“Bugünkü Azərbaycan Ordusu Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür”.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib.

Ali Baş Komandan tam əminliklə deyib ki, bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür:

“Ancaq eyni zamanda, yenə də demək istəyirəm, biz hər bir vəziyyətə hər an hazır olmalıyıq”.