ABŞ Ukrayna ilə öz silahlı qüvvələrinin Rusiyanın Kursk vilayətinə hücumunun uzunmüddətli hədəflərini müzakirə edir.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder deyib.
“Ukrayna Silahlı Qüvvələrinin əməliyyatına gəlincə, onlar açıq şəkildə Rusiya silahlı qüvvələrini böyük səylə cavab verməyə məcbur ediblər. Bu hücum şübhəsiz ki, ukraynalıların döyüş şücaətini nümayiş etdirdi. Rusiya cavab vermək üçün Kurska az sayda qüvvə göndərdi. Ümumiyyətlə, deyərdim ki, Rusiya cavab verməkdə çətinlik çəkdi və bu baxımdan Ukraynada müəyyən uğurları görmək mümkündür”, – deyə Rayder vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az