Bu terror təşkilatı Brüssel teraktına görə məsuliyyəti üzərinə götürdü – VİDEO

İŞİD terror təşkilatı Belçikanın paytaxtı Brüsseldə baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Xatırladaq ki, bir neçə gün öncə Brüsseldə futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib.

İki isveçlini öldürən şəxs video paylaşaraq, “müsəlmanların qisasını almaq üçün” iki nəfəri güllələdiyini deyib.