Belçikada terror aktı: ölənlər var – insidentin şok səbəbi / VİDEO

Belçikanın paytaxtı Brüsseldə silahlı insident baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə Belçika və İsveç milli komandaları arasında futbol matçının keçirildiyi “Heysel” stadionundan təxminən 5 kilometr aralıda baş verib.

Polisin sözçüsü İlse Vande Keer bildirib ki, polis hadisə yerinə gəlib və ərazini mühasirəyə alıb.

Hücumun HƏMAS-ın İsrailə qarşı hucumu ilə bağlılığı və ya dini zəmində törədildiyi güman olunur.

Belçikanın xarici işlər naziri Adca Labib Brüsseldə iki isveçli futbol azarkeşinin öldürülməsini terror aktı adlandırıb.

“Radikalizmlə mübarizə üçün bütün lazımi vasitələr səfərbər edilməlidir”, – o, “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) yazıb.

İlkin məlumatlara görə, insident nəticəsində iki İsveç vətəndaşı həlak olub.

İki isveçlini öldürən şəxs İŞİD terror qruplaşmasına aid olduğunu iddia edən video paylaşıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə o, “müsəlmanların qisasını almaq üçün” iki nəfəri güllələdiyini deyib.