Bu tarixədək hava şəraiti qeyri-sabit olacaq

İyunun 4-ü gündüz və 5-dən 9-dək bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçəcək.

Globalinfo.az xəbər verir ki, bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Ayrı-ayrı bölgələrdə yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Xüsusən Balakən, Şəki, Qazax, Gəncə, Dağlıq Şirvan zonalarında yağıntılar intensiv və güclü olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/san-dək güclənəcək.

Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi gözlənilir.

Gözlənilən güclü küləkli hava şəraiti ilə əlaqədar əhalinin hündürmərtəbəli binaların, iri gövdəli ağacların, təhülkə yarada biləcək hasarların yanında durmağı məsləhət görülmür.

Gursululuq dövrü nəzərə alınaraq leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı və bunun nəticəsində bəzi dağ çaylarından sel keçəcəyi gözlənilir. Bunlar nəzərə alınaraq əhalinin çayın hövzəsindən kənarda durmağı məsləhət görülür.