Daşkəsən magistral data kanalındakı qəza aradan qaldırıldı – YENİLƏNDİ

Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza aradan qaldırılıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hazırda rayon ərazisində internetin verilməsində yaranmış problem həll olunub.

***17:09

Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və emaillərin istifadəsində fasilələr yaranıb.

Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.