“Misir, Qətər və ABŞ Qəzzada sülh danışıqlarını bərpa etməyə çalışır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Misirin dövlət telekanalı olan “Əl-Qahera News” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Misirin təhlükəsizlik heyəti Qətər və ABŞ-la koordinasiyalı şəkildə Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqları bərpa etməyə çalışır.
Misir bütün əlaqədar tərəflərə bildirib ki, danışıqların bərpası səyləri İsrailin Qəzzanın cənubundakı Rəfaha hücumu nəticəsində məhv olur.
Müşviq Tofiqoğlu
Globalinfo.az