Bu ölkədə ilk dəfə vəba xəstəliyi aşkarlandı

Küveytdə ilk dəfə vəba xəstəliyinə yoluxma halı aşkarlanıb.

Globalinfo.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi açıqlama verib.

Məlumatda bildirilib ki, xəstəlik qonşu ölkələrdən birindən vəbaya yoluxaraq qayıdan Küveyt vətəndaşında aşkarlanıb.

Həmən şəxs xəstəxanada karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, Küveyt vəba epidemiyası ilə üzləşən İraq, Livan və Suriyadan ölkəyə daxil olan sərnişinlərin özləri ilə qida gətirmələrini qadağan edib.