tramp 2 900x506 2

ABŞ Prezidenti Donald Tramp Vladimir Putinə münaqişəni dayandırmaq çağırışı edib.

Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Fox news”a müsahibəsində bildirib.

Qeyd edib ki, Rusiya Prezidentinə bu müharibəyə son qoymağın vaxtının çatdığını söyləyib. Onun sözlərinə görə, hazırkı mərhələdə münaqişənin davam etməsi heç bir tərəfin maraqlarına uyğun deyil.

ABŞ lideri eyni zamanda Vladimir Putinin artıq mümkün razılaşmaya hazır olduğu qənaətində olduğunu ifadə edib. Bununla belə, Tramp bu fikrini dəstəkləyən əlavə təfərrüatlar açıqlamayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: