Fueqo vulkanının aktivləşməsi səbəbindən Qvatemalada sakinlərin təxliyəsinə başlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə CONRED təbii fəlakətlərin təhlükəsinin azaldılması milli xidməti məlumat yayıb.
Təxminən 300 ailə təxliyə olunub, 30 min insanın təhlükə altında olduğu deyilir.
Hazırda lava axınının sürəti yüksək olmasa da, xilasedicilər kül dumanının artacağı barədə xəbərdarlıq edib.
Aysel Əliyeva
Globalinfo.az