Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisinə başlamağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a xarici diplomatik korpusun nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsini ziyarət edən Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç bildirib.
Onun sözlərinə görə, hazırda bir sıra aqrosənaye komplekslərini də əhatə edəcək aqroşəhərciyin layihələndirilməsi davam edir.
“Biz 2027-ci ildə bəzi aqrosənaye kompleksləri ilə birlikdə aqroşəhərciyin layihələndirilməsini başa çatdıracağıq. Və əgər hər şey yaxşı olarsa, 2027-ci ildə orada birgə tikintiyə başlamağı planlaşdırırıq”, – diplomat qeyd edib.
Dmitri Pinkеviç həmçinin deyib ki, 2027-ci ildə Ağdamda Belarus şirkəti “Vertus”un iştirakı ilə birgə lift istehsalını planlaşdırılır:
“2027-ci ildə Ağdamda biz həmçinin Belarus tərəfinin – “Vertusgülnar” şirkətinin iştirakı ilə Azərbaycan istehsalı olan liftlərin birgə istehsalını planlaşdırırıq”.