hormuz 900x600 3

Son bir sutka ərzində Hörmüz boğazından 55 kommersiya gəmisi keçərək dünya bazarlarına 17 milyondan çox barel neft və digər yükləri daşıyıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının sosial şəbəkə hesabında yayımlanan məlumatda bildirilib.

Məlumata görə, ABŞ qüvvələri azad gəmiçiliyin təmin edilməsi məqsədilə boğaz ətrafında fəaliyyətini davam etdirir.

“ABŞ Silahlı Qüvvələri İranla əldə olunan razılaşmanın bütün müddəalarının qorunması, icrası və tam şəkildə qüvvədə qalması üçün bölgədə mövcudluğunu və yüksək hazırlıq vəziyyətini saxlayır”, – deyə bəyanatda vurğulanıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: