Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya onun köməkçisi Əli Davud məlumat verib.
“Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb”, – o bildirib.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
***11:49
Səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gündür xəstəxanada müalicə alan Xalq artisti Flora Kərimova bu gün evə buraxılır.
Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”ya sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
O bildirib ki, Flora Kərimovanın müalicə prosesi müsbət nəticə verib və həkimlərin qərarına əsasən, bu gün saat 3-də evə buraxılacaq.
Qeyd edək ki, 84 yaşlı Xalq artisti Flora Kərimovanın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Eyni zamanda, Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da xalq artistinə baş çəkib. Səhhətindəki problemlərlə əlaqədar olaraq sənətkarın iyunun 20-də Yaşıl Teatrda planlaşdırılan çıxışı da sentyabr ayına təxirə salınıb.