turkiy%C9%99

Avropa İttifaqı Türkiyədən birliyə üzv ölkələrə yeni müqavilələr çərçivəsində ixrac olunacaq qazın Rusiya mənşəli olmamasını tələb edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe Ankaraya səfərinin yekunları ilə bağlı açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Türkiyə Aİ-nin Rusiya enerji resurslarından imtina məsələsinə xüsusi önəm verdiyini anlayır və bunu qəbul edir.

Bununla yanaşı Türkiyə rəsmiləri vurğulayıblar ki, Rusiya qazının həm iqtisadi, həm də mövcud resurslar baxımından qısa müddətdə alternativlə əvəz olunması mümkün deyil.

Məlumata görə, 2022-ci ildə Rusiyanın “Gazprom” şirkətindən ən çox qaz alan ölkələrdən biri olan Türkiyə hazırda 2026-cı ildən sonrakı dövr üçün yeni mavi yanacaq tədarükü müqavilələri ilə bağlı şirkətlə danışıqlar aparır.

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, tərəflər yeni müqavilələrin müddəti və qaz tədarükünün həcmi ilə bağlı hələlik yekun razılığa gəlməyiblər.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: