“Hörmüz boğazında vəziyyət ABŞ və İsrailin təcavüzü dayanandan sonra normallaşacaq”.
Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın ali liderinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim deyib.
“Hörmüz boğazı 28 fevral tarixinədək açıq idi. Bütün ölkələr bundan faydalanırdı və heç bir problem yox idi. Min illərdir bu boğaz açıq olub və İran hər gün onun təhlükəsizliyini təmin etmək üçün böyük vəsait xərcləyib. Heç kim şikayət etməyib. Hətta düşmən ölkələrin hərbi gəmiləri belə buradan sərbəst keçib. Lakin bu ölkələr müharibəyə başladıqdan sonra boğazda münaqişə və böhran yarandı. İran bununla bağlı heç nə edə bilməz. Müharibəni başlayanlar onu dayandırmalıdır ki, hər şey əvvəlki vəziyyətə qayıtsın”, – deyə o bildirib.
O, bütün dünya ölkələrini ABŞ və İsrailə müraciət etməyə və müharibəni dayandırmağa çalışmağa səsləyib.
“Bizə ədalət və dürüstlük lazımdır. Əgər onlar ABŞ və İsraildən dayanmağı tələb etsələr, hər şey normaya qayıdacaq. Biz hər şeyi analiz etməli və müharibənin təşəbbüskarlarını onu dayandırmağa çağırmalıyıq. Çünki hamımız zərər çəkirik”, – deyə Əbdül Məcid Hakim vurğulayıb.
Əliyar Xəlil