6a33ffe154bd66a33ffe154bd71781792737436f102cc2006a41f08fca32b981fa31 16

Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yaşayış binasında partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə ilə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzilin hamam otağında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən ümumi sahəsi 64kv.m. olan üçotaqlı mənzilin hamam otağının lambirdən ibarət tavanı 6kv.m. sahədə dağılıb və mətbəxin 1 ədəd pəncərə şüşəsi sınıb. 2016-cı il təvəllüdlü azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***19:16

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə 42-ci məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülür

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.

1707211795 11667543 1131317306883777 6251832042494084673 n 1781868895 7666 1781868903 4116 1781868911 5326

Paylaş: