Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının sosial şəbəkə hesabında yayımlanan məlumatda bildirilib.
Məlumata görə, ABŞ qüvvələri azad gəmiçiliyin təmin edilməsi məqsədilə boğaz ətrafında fəaliyyətini davam etdirir.
“ABŞ Silahlı Qüvvələri İranla əldə olunan razılaşmanın bütün müddəalarının qorunması, icrası və tam şəkildə qüvvədə qalması üçün bölgədə mövcudluğunu və yüksək hazırlıq vəziyyətini saxlayır”, – deyə bəyanatda vurğulanıb.
Əliyar Xəlil