IMG 2451

Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkənin ayrı-ayrı hissələrinin statusu ilə bağlı referendum keçirilməsinə qarşı olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, Börnhem Uels, Şotlandiya və Şimali İrlandiyada müstəqillik, ayrılma və ya başqa bir regional birləşmə ilə bağlı səsvermələrin təşkil edilməsini dəstəkləmir.

Baş nazirin mövqeyinə əsasən, bu cür məsələlərin referendum yolu ilə gündəmə gətirilməsi ölkənin siyasi sabitliyinə və birliyinə təsir göstərə bilər.

Britaniya hökumətinin başçısı müstəqillik və ya regionların birləşdirilməsi məsələləri üzrə səsvermənin təşkili ideyasını dəstəkləmir.

Qeyd edək ki, Şotlandiyanın birinci naziri Con Svinni, Uelsin birinci naziri Run ap Lorvert və Şimali İrlandiyanın birinci naziri Mişel Onil bu gün Kardiffdə anlaşma memorandumu imzalayıblar. Üç lider Böyük Britaniyanın hazırkı siyasi modelinin dəyişməli olduğunu bildirərək, müstəqillik istiqamətində əməkdaşlıq etməyə razılaşıblar.

Tahir Turan
Globalinfo.az

Paylaş: