pasinyan yeni91

“44 günlük müharibədəki məğlubiyyətdən sonra biz müstəqil və suveren dövlətə sahib olma imkanı əldə etdik”. 

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfəri çərçivəsində Vaşinqtonda erməni icmasının üzvləri ilə görüşü zamanı deyib.

O, müharibədə verilən qurbanların əbəs yerə olmadığını bildirib:

“Onların hər biri Ermənistanın suverenliyi uğrunda həlak oldular. Hazırda ölkəmizdə ideoloji dəyişiklik baş verir ki, bu proses məhz hökumətdən başlayıb. Bizdən əvvəlki hakimiyyətin fərqli ideologiyası olub, onları qəbullanmaqdan imtina edirik. Bunlar bəzi tarixi ideoloji məqamlardan qaynaqlanan məqsədlər müəyyənləşdirirdi, lakin Ermənistan Respublikası özü milli məqsəddir”.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: