Bu il Putinin illik mətbuat konfransı keçiriləcəkmi?

Rusiya prezidenti Vladimir Putinin hər il dekabrın sonunda ilin yekunlarına həsr olunmuş mətbuat konfransı bu il keçirilməyəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

“Putin ilin sonunda mətbuat konfransı keçirməyəcək”, – Peskov bildirib.

Onun sözlərinə görə, buna baxmayaraq Rusiya prezidenti kütləvi informasiya vasitələri ilə ünsiyyətini davam etdirəcək.

Putinin bu il ənənəvi mətbuat konfransı keçirməməsinin səbəbi açıqlanmayıb.