Bu il neçə azərbaycanlı Ukraynada ali məktəb bitirib?

Ukraynada bu il ali məktəbləri bitirən Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Elm və Təhsil Nazirliyindən Globalinfo.az-a bildirilib ki, 2023-cü ildə ümumilikdə ölkənin ali məktəblərində 723 Azərbaycan vətəndaşı ali təhsillərini başa vurub.

Onlardan 706 nəfəri diplomlarını alıblar. 17 nəfəri isə diplom almaq üçün hələ yekun imtahanları verə bilməyiblər.