kondelen

Azərbaycanın daha iki təmsilçisi akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıblar.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Amil Ramazanov qızıl, Cavid Vəlizadə bürünc mükafata sahib çıxıblar.

Onlar Aşağı Köndələnçay su anbarındakı yarışda fərqləniblər.

A.Ramazanov 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 200 metr məsafəyə kayakla mübarizədə birinci olub.

C.Vəlizadə isə 2008-2009 təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə kanoe yarışında üçüncü olub.

Qeyd edək ki, reqata oktyabrın 18-də başa çatacaq. Ötən gün Azərbaycan təmsilçiləri Mingəçevirdəki turnirdə 9 medala yiyələniblər.

kon

***12:10

Akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirinin açılış mərasimi keçirilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, tədbir Aşağı Köndələnçay su anbarında gerçəkləşib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ardınca şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqları salamlayıb: “Tarixi və əlamətdar gündür. İkinci dəfə Füzulinin şəhər günü qeyd olur. İlk dəfə beynəlxalq turnirin burada təşkili buna rəng qatır. Turnirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Dörd il əvvəl Füzuli işğaldan azad olundu. Xalqımız öz torpağına qovuşdu”.

Yarışı açıq elan edən Fərid Qayıbov qonaqları salamlayıb və iştirakçılara uğurlar arzulayıb: “Qarabağa, Füzuliyə xoş gəlmisiniz”.

Qeyd edək ki, Füzulinin işğaldan azad olunmasından dörd il keçir. Reqata oktyabrın 18-də başa çatacaq.

fz 11 fz 12 fz 13

***11:17

Akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir reqatası-2024” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, tədbir Füzulidə gerçəkləşib.

Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür.

Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.

min 1

min 2 min 3 min 4 min 5 min 6

***09:17

İşğaldan azad olunmuş Füzulidə bu gün ilk dəfə akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq turnir keçiriləcək.

Globalinfo.az bildirir ki, “Mingəçevir reqatası-2024”ün növbəti yarışları Aşağı Köndələnçay su anbarında gerçəkləşəcək.

Turnirə Azərbaycan təmsilçiləri ilə yanaşı, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan olan avarçəkənlər qatılıblar.

Ötən gün Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində start götürən reqatanın ilk günündə Azərbaycan təmsilçiləri 9 medal (2 qızıl, 3 gümüş, 4 bürünc) əldə ediblər.

Qeyd edək ki, bu gün Füzulinin işğaldan azad olunmasından dörd il ötür. Yarış oktyabrın 18-də Mingəçevirdə başa çatacaq.

Paylaş: