5ce9e8b3 3d37 35bd a34d c29360d6fcb5 850

Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya uğrayıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun ucqar kəndi olan Çöl-Qubalı kəndində qeydə alınıb.

Belə ki, 77 YD 546 nömrə nişanlı “Mitsubişi” markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişin kənd sakinlərinin köməyi ilə sudan çıxarılıb.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.

mitsibushi qeza

Paylaş: