“Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Azərbaycan Respublikasının bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur. Avropa Parlamenti institusional olaraq bu kimi məsələlərdə mövqe bildirmək üçün xüsusi mandatı olan qurum deyil. Avropa İttifaqının Parlament institutuna kim və ya hansı dövlətlər tərəfindən belə bir mandat verilib ki, onlar İttifaqın hüdudlarından kənarda yerləşən regionlar və ölkələr barədə bu cür mövqelərlə çıxış etsinlər”, – H.Hacıyev bildirib.
Ətraflı videoda:
