Bu da fakt: Ermənistan Zəngəzuru belə itirəcək – Rusiyalı politoloq

“Azərbaycan Zəngəzuru alacaq, İrəvanda da deyəcəklər ki, şükür, hər şeyi götürməyiblər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Modest Kolerov erməni mediasına müsahibəsində deyib.

O iddia edib ki, Naxçıvanla quru əlaqənin yaradılması və Türkiyə ilə bu formada birləşmək Bakı üçün prioritetdir:

“Bu, ümumi metodologiyadır. Delimitasiya və demarkasiya ilə bağlı danışıqlara fikir vermək lazım deyil – bu, şərti məsələdir. Sünik (Zəngəzur red.) və ya Zəngəzurdan keçən nəqliyyat dəhlizi konkret sərhəd nöqtələri ilə qeyd olunmur.

Qarabağın itirilməsinə qədər Sünikdə 40 min yerli erməni yaşayırdı, daha sonra bu say kəskin azaldı. İndi Gorusda, Qafanda Qarabağdan gələnlərin bir qismi məskunlaşıb, lakin onlar da gedəcəklər. Təsəvvür edirsinizmi nələr olacaq?”

Politoloq qeyd edib ki, bundan sonra Zəngəzur kimi geniş bölgədə əhali həddən artıq azalacaq və bu, ərazinin itirilməsi ilə nəticələnəcək.

Tamerlan Yayaqan
Globalinfo.az